Diqqət mərkəzi
Jurnalist Ekspert Mərkəzi KİV üçün məlumat kitabçası hazırlayır - Fotolar
A
Jurnalist Ekspert Mərkəzi KİV üçün məlumat kitabçası hazırlayır - Fotolar
11:21 24.09.2019
Ceyhun Musaoğlu: “SƏLİS Xidmət vasitəsi ilə icra olunan layihənin səlis şəkildə həyata keçirilməsi qaçılmaz reallığa çevrilib” 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin birinci mərhələsini başa çatdırıb. 

Mərkəzdən verilən məlumata görə, iyul-noyabr ayları ərzində  4 aylıq müddətdə icra olunacaq layihənin ilk mərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü “525-ci qəzet”də dərc olunub. 

Nəzərdə tutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabçanın nəşr edilərək KİV orqanlarına hədiyyə edilməsi planlaşdırılır. 

Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlu layihənin mahiyyəti barədə danışarkən bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədər çoxsaylı materiallar dərc olunub, onların mədəni irsi haqqında məlumatlar müxtəlif mənbələrdə əksini tapıb: “Belə materialları kitabxanalarda və internet resurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha geniş məzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadə üslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi”. 

JEM sədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdiklərini vurğulayıb: “Layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində “Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub. Qiymətləndirənlərə və nəticədə dəstək verənlərə dərin təşəkkür edirik. JEM on ilə yaxındır ki, Şura ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində cəmiyyətin inkişafına xidmət etməyə çalışmışıq. Xüsusən jurnalistikada peşəkarlığın artırılması artırılması və həmkarlarımızın fəaliyyyəti istiqmətində qarşıya çıxan maneələrin aradan qaldırılması ali məqsədimizdir. “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsi də bu məqsədə xidmət edir”. 

C.Musaoğlu sonda onu da bildirib ki, layihənin uğurlu icrasında Şuranın brendi olan SƏLİS Xidmət portalının rolu çox böyükdür: “SƏLİS” vasitəsi ilə icra olunan layihənin səlis şəkildə həyata keçirilməsi qaçılmaz reallığa çevrilib”. 
Baxılıb: 186
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: