Diqqət mərkəzi
"Tanrı hər zaman Azərbaycanı qorusun!" - Mehriban Əliyeva
A
16:39 18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm.

AZƏRFAKS Trend-ə istinadən xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir.

Paylaşımda bildirilir: "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm. Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!"

Baxılıb: 151
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: