Diqqət mərkəzi
“Prezidentin məqsədi əhalinin daha yaxşı yaşamasını təmin etməkdir”
A
“Prezidentin məqsədi əhalinin daha yaxşı yaşamasını təmin etməkdir”
13:51 05.08.2019
“Azərbaycanda inqilabi sosial islahatlar paketinin icrası uğurla davam edir. Mütəmadi olaraq maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin artırıldığı ilə bağlı xəbərlər eşidirik. Bu çox sevindirici haldır. Hər bir Azərbaycan vətəndaşı sosial məsələlərin həllində dövlətin rolunu yüksək qiymətləndir. Vətəndaşlarımız Prezident İlham Əliyevin sosial sahədə imzaladığı sərəncamlardan məmnundur”.

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov ölkə başçısının əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı atdığı addımlardan danışarkən deyib.

YAP rəsmisi bildirib ki, ölkə başçısı hələ 2018-ci ildə bəyan etmişdi ki, növbəti il inqilabi islahatlara start veriləcək: “Həyata keçirilən proqram əvvəlcədən proqnozlaşdırıldığı kimi davam edir. Proqrama uyğun olaraq, Prezident 2019-cu ilin əvvəlindən iki böyük sosial islahat paketi təsdiq edib. Birinci paket 3 milyon vətəndaşı əhatə edir. Paketin icrası üçün 1.6 milyard dollar vəsait xərclənilib. Sosial islahatlar paketinin icrası ilə maaşlar, pensiyalar, sosial müavinətlər nəzərəçarpacaq dərəcədə artıb. İkinci sosial paketin icrasına isə sentyabrın 1-dən başlanılacaq. Paketin icrası ilə minimum əmək haqqının 250 manata çatdırılması nəzərdə tutulub. Həmçinin 400 min nəfərin maaşının 20-50 faiz artırılması və 750 min pensiyaçıya verilən oktyabrın 1-dən etibarən yüksəldilməsi hədəflənib. Bütün atılan addımların, verilən sərəncamların kökündə insan amili dayanır. Hədəf Azərbaycan əhalisinin daha yaxşı yaşamasını təmin etməkdir”.

Ramin Əhmədov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir: “Prezident iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki çıxışı zamanı qeyri-neft sektoruna xüsusi diqqət yetirdi. Ölkə başçısı müvafiq qurumlarım qarşısında qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı xüsusi tapşırıq qoyub. Artıq həmin tapşırığa uyğun olaraq bir çox uğurlar əldə edilib. Ötən illərə nisbətən qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı payı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkəmiz “Made in Azerbaijan” brendi altında dünyaya müxtəlif məhsullar ixrac edir. Bu gün bölgələrdə şəxsi təsərrüfatını quran, əkinçiliklə, maldarlıqla məşqul olan vətəndaşlar dövlətin qayğısını hiss edir və bu qayğının nəticəsində fəaliyyətlərini daha da genişləndirirlər. Təsərrüfatçı bilir ki, dövlət onun əkdiyi məhsulun yerdə qalmasına imkan verməyəcək. Bütün bu səbəblər qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Kənd təsəttüfatında qeydə alınan nəticələr də göstərir ki, görülən işlər öz səmərəsini verməkdədir. 2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb. 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Buğda və arpa sahələrinin biçini nəticəsində əldə olunmuş məhsuldarlıq da ötən ilin müvafiq dövrünün göstəricilərindən xeyli yüksəkdir. Aqrar sahənin digər istiqamətləri üzrə də ürəkaçan nəticələr qeyd alınır. Bütün bunlar isə, dediyim kimi, dövlətin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atdığı addıımların müsbət təzahürləridir”.

Qeyri-neft sektorunun inkişaf etməsi nəticəsində əhalinin rifah halının yüksəldiyini deyən Ramin Əhmədov bildirib ki, düzgün mexanizm üzərində həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı dünyada baş təlatümlərdən qorunur: “Dünyanın müxtəlif ölkələri iqtisadi çətinliklər yaşadığı bir vaxtda Azərbaycan iqtisadiyyatının dinamik inkişafı müşahidə olunur. Dövlətin qayğısı və diqqəti olmasa, iqtisadi və siyasi sabitliyə nail olmaq mümkün deyil. Müşahidələr göstərir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda sosial sahəyə daha çox diqqət yetirilir. Demək olar ki, hər ay Prezident əhalini sevindirir. Bu isə ölkə başçısının vətəndaşına verdiyi dəyərdən irəli gəlir”.

R.Əhmədov vurğulayıb ki, 2019-cu il müasir Azərbaycan tarixində “islahat ili” kimi yaddaşlara həkk olunacaq: “Ölkəmiz 2019-cu ilin birinci yarısında öz inkişaf dinamikasını qoruyub saxladı, qeyri-neft sənayesində, kənd təsərrüfatında yüksək nəticələr əldə olundu. Əminliklə deyə bilərik ki, bu inkişaf tempi ilin ikinci yarısında və növbəti illərdə də davam edəcək. Sosial sahədə atılan addımlar Azərbaycan dövlətinin dayanıqlı iqtisadi imkanlara malik olduğunun göstəricisidir”.
Baxılıb: 185
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: