Diqqət mərkəzi
Agentlik sədri təhlükəli yağ nümunələrindən danışdı - "Bu, cinayət faktıdır..."
A
Agentlik sədri təhlükəli yağ nümunələrindən danışdı -
11:02 10.07.2019
Təəssüflə qeyd edirəm ki, Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satılan yağlar əsl nehrə yağı deyil.

AZƏRFAKS xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyn sədri Qoşqar Təhməzli bildirib.

Agentlik sədrinin sözlərinə görə, transyağlarının nehrə yağı adı altında satılması cinayət faktıdır: "Cənub bölgəsində aşkarlanmış 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan həmin məhsulların ekspertiza nəticəsi məlum olub. Onların tərkibində insan orqanizminə zərərli olan müxtəlif tərkibli yağ nümunələri aşkarlanıb. Təəssüflə qeyd edib ki, tərkibində trans yağ aşkarlanan 12 adda yağın 80 faizindən çoxu ölkəyə idxal olunub".

Q.Təhməzli əlavə edib ki, yağların tərkibində transyağların miqdarı 2 faizdən çox olduqda onun idxalı qadağan olunacaq.

Baxılıb: 129
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: