Diqqət mərkəzi
"Xoş niyyətlərinizlə həmrəyəm, Tanrı dualarınızı qəbul etsin" - Mehriban Əliyeva
A
12:37 20.05.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

AZƏRFAKS xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda deyilir:

"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm".

Baxılıb: 111
Diqqət mərkəzi bölməsinin digər xəbərləri: