Hadisə
Bakıda çempion qızın ölüm anı - VİDEO
A
Bakıda çempion qızın ölüm anı - VİDEO
14:32 29.06.2017
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb.

AZƏRFAKS xəbər verir ki, Missiya.Az-ın yaydığı videoda Reyhan Məmmədovanın iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulduğu görünür.

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturur. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlir. 

Hadisə dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir.
Baxılıb: 9432