Siyasət
Seçkilərdə pozuntular kütləvi hal daşıyır - Ermənistanda
A
 Seçkilərdə pozuntular kütləvi hal daşıyır - Ermənistanda
08:50 03.04.2017
Bu gün yerli vaxtla saat 15.00-a qədər Ermənistanda keçirilən parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan Baş Prokurorluğuna 970 məlumat daxil olub.

“Ermənistan Xəbərləri” məlumat verir ki, Baş Prokurorluğun Xüsusi işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisyan həmin məlumatlardan 131-də cinayət əməli aşkarlandığını bildirib.

Həmin məsələlər araşdırılması üçün İstintaq Komitəsinin regional bölmələrinə və Ermənistan Polisinə göndərilib. Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub.

Baxılıb: 80949