İdman
Kikboksçumuz Xəyal Əhmədov Almaniyadan qələbə ilə qayıdır - BÖYÜK OYUN-un qalibi - Video
A
Kikboksçumuz Xəyal Əhmədov Almaniyadan qələbə ilə qayıdır - BÖYÜK OYUN-un qalibi - Video
12:25 26.03.2017
Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri baş çatıb. 

“Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli(Mix-Fight) kikboksçular qatılıb.

AZƏRFAKS Missiya.Az-a istinadən xəbər verir ki, 60-ya yaxın idmançının iştirak etdiyi Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov təmsil edib.

X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunmuş döyüşündə inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb. 


Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.
Baxılıb: 13252